Kisi Dunyasi ---- Xosagelen Kisiler Deyirlər, qadınların xoşuna gələn kişilərin heç vaxt sekslə bağlı problemləri olmur. Belə oğlanlar nə sevgili axtarmaq, nə də özlərini onlara sevdirmək haqqında düşünmürlər. Gözəl qızlar onları özləri axtarıb tapır, hətta onlarla gecə keçirmək belə istəyirlər. Ancaq başqa cür oğlanlar da var. Onlar qadınlarla münasibət qurmaq haqqında müxtəlif kitablar oxuyurlar, az qala hər gün internetdə qadınlar, onların sevdikləri kişi tipləri haqqında axtarış aparırlar, ancaq nə edirlər etsinlər, əks cinslə münasibət qura bilmirlər.
Bu, onlar üçün çox böyük problemdir. Onlar hər hansı bir qadınının diqqətini cəlb etmək üçün əllərindən gələni edirlər. İndi biz sizə qadınlarla uğurlu münasibət qurmaq, onların sevdiyi kişi obrazına çevrilmək üçün bəzi məsləhətlər verəcəyik.
Kişilərin hansı xüsusiyyətləri qadınları maraqlandırır? 1. Özünə güvən.
Özünüzə güvəninizi artırın, çünki özünə güvənən kişilər həmişə qadınların diqqətini cəlb edir. Sakit və qərarlı olun. Təkbaşına ən çətin problemlərin öhdəsindən gəlməyi öyrənməlisiniz. Qadın sizinlə möhkəm divarın arxasındakı kimi təhlükəsiz və rahat hiss etməlidir. İstənilən situasiyada özünüzü əsl kişi kimi aparın. Heç vaxt kiminsə yanında özünüzdən əmin olmadığınızı və ya qorxduğunuzu hiss etdirməyin. Əgər zəifliyinizin üzərinizdə qələbə qazanmağına icazə versəniz, həmin dəqiqə qadının qarşısında seksuallığınızı itirib adi, sıradan biri olacaqsınız. Əgər kişi bəyəndiyi qadına yaxılaşıb, onunla tanış olmağa cürət etmirsə, o, heç vaxt əks cinsin nümayəndələri arasında lazım olan hörməti qazanmayacaq.
Çalışın ki, qadınınızın gözündə həmişə əsl kişi olun. Ona hər şeyə qadir olduğunuzu göstərin. Hər sahədə uğurlu olmağa çalışın: universitetdə, işdə, biznesdə. Unutmayın, problemlər öz özünə həll olmur. Başqa yerdən kömək gözləmək mənasızdır, problemlərinizi özünüz həll etməlisiniz. Çalışın ki, ona ətrafdakı insanların fikrindən asılı olmadığınızı, tamamilə müstəqil olduğunuzu göstərəsiniz. 2. Uğurlu kişilər.
Heç fikir vermisiniz, qadınlar uğurlu kişiləri necə sevirlər? Əsl idmançıların onlara necə təsir bağışladığına fikir vermisiniz? Bəli, idmançının əzələli, seksual bədəni qadınları özünə cəlb edir. Kişinin müəyyən uğurlara nail olduğunu görən qadın diqqətini ona yönəltməyə bilmir.
Bu tip kişilər durmadan qarşılarına qoyduqları məqsədə doğru gedirlər. Televizorun qabağında kök salmağın, içməyin və həyatdan şikayətlənməyin əvəzinə, məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər. Nə olur olsun, getdikləri yoldan geri çəkilmir, axıradək mübarizə aparırlar.
Bütün bunlar heç də o demək deyil ki, siz mütləq ya məhşur idmançı, ya da müğənni olmalısınız. Siz sadəcə həyatda öz yerinizi tapmalı, maraqlandığınız sahədə uğurlu olmağa çalışmalı və idmanla məşğul olmalısınız. Qadınlar həmişə özlərini inkişaf etdirən kişilərin yanında olmaq istəyirlər. Məhz bu cür kişilər qadınların xoşuna gəlir. Bu özəlliklərə sahib olduğunuz zaman artıq siz vaxtınızı sevgili tapmağa sərf etməyəcəksiniz. Onda nə baş verdiyini anlamadan bir də görəcəksiniz ki, artıq bəyəndiyiniz qadınla münasibət qurmusunuz. 3. Yaxşı yumor hissi olan kişilər.
Hər bir qadın üçün onu güldürən, əhvalını yüksəldən kişilər daha cəlbedicidir. Ünsiyyətcil olun, ona qarşı laqeyd olmadığınızı göstərin. Susaraq özünüzə qapanmayın, necə varsınızsa, elə də davranın. Onda sizin qadınlarla münasibət qurmaqla bağlı hansısa probleminiz olmayacaq. 4. Xarici görünüşünə əhəmiyyət verən kişilər.
Güzgüyə baxanda necə göründüyünüzə fikir verin. Bəlkə özünüzdə nəyisə dəyişməlisiniz? Sevdiyiniz qadında özünüzə qarşı xoş təəsürat yaratmağınız çox vacibdir. Burada söhbət plastik əməliyyatdan getmir. Səliqəli olmaq və şəxsi gigiyenanıza nəzarət etmək kifayətdir. Geyiminizə fikir verin, tez-tez qadın dostlarınızla geyiminiz barədə müzakirələr aparın. Onların verəcəyi məsləhətlərə diqqətlə qulaq asın, axı bu bir qadın tərəfindən gələn məsləhətdir, ancaq məsləhət nə olursa olsun, çalışın, özünüzü rahat hiss etdiyiniz paltarlar geyinəsiniz. Bu zaman isə dəb və stil haqqında düşünməyi unutmayın. Bunlar geyimin ən vacib detallarındandır ***** Deyerli.Az